Ölkə futbolu
Səbəbi açıqlanmayan sürpriz: 3 oyuna hakim təyinatında dəyişiklik
Premyer Liqanın III turunda oynanılacaq görüşlərin təyi…
Premyer Liqanın III turunda oynanılacaq görüşlərin təyinatlarında dəyişikliklər edilib. AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən:
1. “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.
2. “Neftçi” – “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev olacaq.
3. “Səbail” – “Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.
Bütün bu dəyişikliklərin Qəbələdəki oyunla bağlı olduğu dəqiqdi. Çünki Əliyar Ağayevin briqadası geri çağırılıb və digər matçın 4-cüsü Rəhim Həsənov ora göndərilib. Səbəb hələ açıqlanmır.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq