Bizi izləyin

Dünya futbolu

Cavid Hüseynov: “Heç vaxt belə penalti vurmurdum”

"Zirə"nin kapitanı Cavid Hüseynov evdə "Sabah&q…

blank
"Zirə"nin kapitanı Cavid Hüseynov evdə "Sabah" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra müsahibə verib. 30 yaşlı yarımmüdafiəçi oyunu dəyərləndirməklə yanaşı, qaçırdığı penaltidən və sabiq klubu "Qəbələ"nin üzləşdiyi vəziyyətdən danışıb.
 
– Nəticəni ədalətli saymaq olarmı?
– Bu, bir qədər çətin sualdır. O mənada ki, rəqib oyuna yaxşı başlamışdı, 15 dəqiqə ərzində hücumlar etdi, bizdən daha çox top saxladı. 0:1 hesabı ilə geri düşdükdən sonra bir qədər rahatlaşmağa başladıq, çünki itirəcəyimiz heç nə yox idi. Tələsik futbol oynamadıq. Çalışdıq ki, səbrlə, asta-asta, oyuna diqtə edə-edə hücumlar quraq. Bunu da bacardıq. Həqiqətən də xeyli hücum etdik. Bunlar kor-koranə yox, məntiqli, düşünülmüş hücumlar idi, cinahları tez-tez dəyişirdik. İkinci hissənin əvvəllərində 11 metrlik cərimə zərbəsini vura bilmədim. Vursaydım, bəlkə də qələbə qazanardıq. Futbolda belə şeylər o qədər olur ki… Amma xarakter sayəsində hesabı bərabərləşdirdik. Bundan sonra da hücumlar etdik, lakin nəticə dəyişmədi.
 
– Xüsusən, ilk yarıda komandanız cinahlardan irəliləyərək, asmalar etsə də, ortada son nöqtəni qoyacaq heç kim olmurdu…
– Mən də elə bunu demək istəyirdim. Hücumlar necə olur? 3-4 toxunuşla cinahlara keçirsən və asma edirsən ki, son nöqtəni qoysunlar. Bunu bacaracaq hücumçu olmaya bilər, amma hücumu quraraq inkişaf etdirmək başqa şeydir. Hücumların inkişafı gedirdi, sadəcə, ya yaxşı asmalar, ya da top ötürülən zonada futbolçumuz olmurdu. Yəqin ki, bunun üzərində işləyəcəyik. Amma əsas odur ki, oradək gedib çıxa bilirdik, özü də rahatlıqla.
 
– Elşad Əhmədov oyundan sonra mətbuat konfransında "Rəqib bizi müdafiəyə oturmağa məcbur etdi" dedi. Bunu ilk yarıda niyə bacarmadınız?
– Ola bilsin, oyunun ajiotaj və məsuliyyəti təsirsiz ötüşmədi. Bəzən elə olur ki, oyuna ciddi hazırlaşırsan. Bu gün "Zirə" və "Sabah" bir-birinə layiqli rəqiblərdir. "Qarabağ" və "Neftçi" kimi. Bunun nəticəsidir ki, ilk yarıda futbolçular, bəlkə elə özüm də kollektiv şəkildə sıxılırdıq. Amma hesabda geri düşdükdən sonra rahatlaşdıq.
 
– "Qarabağ" – "Neftçi" başqa, "Zirə" – "Sabah" başqa" dediniz. Amma siz bu mövsüm "Neftçi"ni məğlub etmisiniz, "Sabah" isə flaqmandan səfərdə xal alıb. "Zirə" və ya "Sabah" "Qarabağ"la rəqabətdə "Neftçi"nin yerini tuta bilər?
– Əlbəttə, tuta bilər. Lakin real yanaşsaq, "Neftçi" hər ikimizdən güclüdür. "Ağ-qaralar" Avropa Liqasının oyunlarından sonra psixoloji baxımdan eniş yaşayırdılar. Ola bilsin, bizimlə oyunda bu, təsirini göstərdi. Bəhanələr və ya hansısa nüanslar gətirmək istəmirəm. Amma reallıqda "Neftçi" və "Qarabağ" bizdən güclüdür.
 
– Nikola Yurçeviçin dövründə ilk dəfə Azərbaycan millisinə dəvət almısınız. Bununla bağlı fikirləriniz necədir?
– Açığı, dəvəti çoxdan gözləyirdim. "Qəbələ"nin Azərbaycan Kubokundakı final matçından sonra yığmaya çağırılacağıma ümid edirdim. Amma çağırış həmin vaxt yox, "Neftçi" ilə matçdan sonra gəldi. Real danışmağı sevirəm: Uelslə səfərdə, Xorvatiya ilə evdə çətin oyunlarımız var. Özüm çağırılmasam da, uşaqlar səfərdə Xorvatiyaya qarşı həqiqətən də yaxşı oyun sərgiləmişdilər. Qarşıdakı görüşlərdə də nə isə etməyə çalışacağıq.
 
– Yurçeviç nə gördü ki, "Zirə"də cəmi 2 oyunda çıxış etdikdən sonra yığmaya dəvət etdi?
– Bu sualı ona ünvanlasanız, daha yaxşı olar. Bəlkə izləyirdi. Sadəcə, elə oldu ki, "Zirə"yə keçdikdən sonra mənə dəvət göndərdi. Niyə belə etdiyini deyə bilmərəm.
 
– Penalti zərbələrini daim sərrast yerinə yetirdiyiniz halda, bu dəfə sanki zərbəni inamsız vurdunuz…
– İndiyədək yerinə yetirdiyim 14-15 penaltidən yalnız 1-i boşa getmişdi. Onu da hazırda Qazaxıstan "Tobol"unda çıxış edən Emil Balayev "Səbail"də ikən qaytarmışdı. Özümdən bu cür biabırçı zərbə gözləmirdim. Nədən asılı olduğunu özlüyümdə incələyə bilmədim. Heç vaxt belə penalti vurmurdum. Həmişə qapıçının hərəkətini sonadək gözləyirdim. Bu dəfə fərqli oldu. Nə bilim…
 
– Sabiq komandanız "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov "Keşlə"yə 0:4 hesablı məğlubiyyətdən sonra istefa verdi. Sizcə, baş məşqçi dəyişikliyindən sonra "qırmızı-qaralar" özlərinə gələ biləcəklər?
– Onlarla mütəmadi əlaqədəyəm, demək olar ki, hər gün danışıram. "Qəbələ" ailəsinə, azarkeşlərinə, klub prezidentinə sevgimiz o qədər böyükdür ki… Bütün klubla, o cümlədən baş məşqçi ilə çox gözəl münasibətlərimiz var. Komanda Avropa Liqasında 2, çempionatda isə 3 oyunda uduzdu və baş məşqçi istefa verdi. Bu, normal haldır. Əslində incələsək, "Qəbələ"nin hazırkı potensialı elə də yüksək deyil. Gələcəkdə yerli və ya xarici mütəxəssis gətirəcəklərini bilmirəm. Amma bu mövsüm komanda üçün çətin olacaq.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm