Ölkə futbolu
Krivotsyuk: “Nəsə desəydim, bunu etiraf etməyə kişiliyim çatardı”
“Neftçi” – “Sumqayıt” matç…
“Neftçi” – “Sumqayıt” matçında meydandan qovulan Anton Krivotsyuk rəqibi təhqir etməkdə suçlanır. Qonaq klubun nümayəndələri milliləşdirilən ukraynalının xoşagəlməz ifadələr işlətdiyini vurğulayır.
“Neftçi”nin müdafiəçisi isə çılğın davrandığını etiraf edir, amma hansısa söyüşü dilinə gətirmədiyini bildirir: “Qoldan sonra topu götürüb, “Sumqayıt”ın ehtiyat oyunçular skamyasından başlayaraq üzü o tərəfə qaçdım. Qolu qeyd edirdim. Həmin anı videoya çəkiblər. Rəqibin ehtiyat oyunçular skamyası tərəfdən qaçanda əlimi qulağımın arxasına tutmuşdum. Yəni həmin an heç bir qeyri-etik hərəkət göstərməmişəm, qeyri-etik söz deməmişəm. Sonra geriyə, meydanın bizə aid hissəsinə qayıtdım. Bundan sonra rəqibin bir çox futbolçusu mənə tərəf yaxınlaşmağa başladı. Mənim jestimin çox dəqiq göründüyü videokadr var. Amma nə əvvəl, nə də sonra heç bir söz deməmişəm. Kim istəsə, videoda baxıb görəcək ki, ağzımdan bir kəlmə də çıxmır, o ki qaldı söyüş olsun. Əgər nəsə desəydim, bunu etiraf etməyə kişiliyim, hünərim çatardı. Biz hamımız insanıq, emosiyalarımız var. Necə deyərlər, səhvimi boynuma alıb, uyğun cəzamı çəkərdim”.
Krivotsyuk əlini qulağına aparmaqla rəqibi eşitmədiyiniə işarə verdi və bu təhrikedici hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan qovuldu. Onu vuran Vurğun Hüseynov isə birbaşa “qırmızı”ya layiq bilindi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı