Dünya futbolu
Ayltonu sevindirən fasilə: “Hər hansı rəqib haqda danışmaq istəməzdim”
"Qarabağ"ın legioneri Aylton Silva Premyer Liqanın III tu…
"Qarabağ"ın legioneri Aylton Silva Premyer Liqanın III turunda "Səbail"i 4:0 hesabıyla məğlub etdikləri matçdan sonra müsahibə verib. Braziliyalı sol cinah müdafiəçisi son tura qədər şərikli lider olduqları komandanı darmadağın etmələrindən danışıb.
– Belə asan qələbə gözləyirdiniz?
– Bilirdik ki, rəqib yaxşı formadadı, uğurlu dönəmi idi. Meydana çıxaraq istədiyimizi reallaşdırmağa çalışdıq. Qollar da gəldi.
– Hazırda milli komandaların oyunlarına görə iki həftəlik fasilə yaranır. "Qarabağ" da yaxşı formadadı, oyununu tapıb, qələbələri sıralayır. Belə olan halda, fasilə komandanıza mənfi təsir göstərməz ki?
– Yox. Əksinə, daha müsbət təsir edəcək. Fasilə yaranacaq, daha çox işləyəcəyik. Çalışmağa kifayət qədər vaxt olacaq, çünki 2-3 gündən bir oyunlarımız olurdu. Bu üzdən çox işləməyə vaxt olmur.
– Avropa Liqasının qrup mərhələsinin püşkünü necə dəyərləndirərdin?
– Yaxşı komandamız var. İlk növbədə bu, qeyd olunmalıdı. Püşkü də hardasa uğurlu saymaq olar. Sadəcə, hər şey istədiyimiz kimi olsa, qrupdan çıxa bilərik.
– Bəs, Premyer Liqada çempionluq mübarizəsində əsas rəqib kimdi?
– Hər hansı rəqib haqda danışmaq istəməzdim. Yaxşı olar ki, öz komandamız haqda danışaq. Oyundan oyuna udub hədəflərimizə doğru gedəcəyik.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”