Dünya futbolu
“Tottenhem”in hücumçusu rəsmən “Napoli”də
İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu…
İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Tottenhem” klubunun hücumçusu Fernando Lyorenteni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. London təmsilçisi ilə müqavilə müddəti başa çatan 34 yaşlı hücumçu İtaliya klubuna azad agent kimi keçib. Amma ispaniyalı forvardın Neapol təmsilçisi ilə bağladığı müqavilənin müddəti və digər detalları haqda məlumat verilməyib.
Qeyd edək ki, Lyorente ötən mövsüm “Tottenhem”in heyətində 36 matçda 2 qol vurub. O, 2017-ci ildən bu klubun uğurları üçün çalışırdı. İspaniya milllisinin sabiq forvardı daha öncə İtaliyada “Yuventus”da da çıxış edib.