Dünya futbolu
Rusiya və Almaniyadan qələbə, Hollandiyadan darmadağın
AÇ-2020-nin seçmə mərhələsində növbəti oyunla…
AÇ-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün C, E, G və İ qruplarında 6-cı turun görüşləri baş tutub.
Azərbaycan millisi yer aldığı E qrupunda Xorvatiyanı qəbul edib və nəhayət ki, ilk heç-heçəsinə nail olub. Qrupun lideri Macarıstan isə evdə Slovakiya ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib.
C qrupunda liderlər Şimali İrlandiya ilə Almaniya qarşılaşıb. "Bundestim" bu görüşdən inamlı qələbə ilə ayrılıb. Həmçinin G qrupunun da liderləri Polşada üz-üzə gəlib. Ev sahibləri Avstriyanı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
AÇ-2020-nin seçmə mərhələsi
9 sentyabr
C qrupu
Estoniya – Hollandiya 0:4
Qol: Babel, 17; 48. Depay, 76. Veynaldum, 87.
Şimali İrlandiya – Almaniya 0:2
Qol: Halştenberq, 48. Qnabri, 90+3.
E qrupu
Azərbaycan – Xorvatiya 1:1
Qol: T.Xəlilzadə, 72 – Modriç, 11-pen.
Macarıstan – Slovakiya 1:2
Qol: Soboslai, 50 – Mak, 40. Bojenik, 56.
G qrupu
Latviya – Şimali Makedoniya 0:2
Qol: Pandev, 14. Bardi, 17.
Sloveniya – İsrail 3:2
Qol: Verbiç, 43; 90+1. Bezyak, 66 – Natxo, 50. Zahavi, 63.
Polşa – Avstriya 0:0
İ qrupu
Şotlandiya – Belçika 0:4
Qol: Lukaku, 9. Vermalen, 24. Alderveyreld, 32. De Breyne, 82.
San Marino – Kipr 0:4
Qol: Kusulos, 2; 73. Papulis, 39. Artimatas, 75.
Rusiya – Qazaxıstan 1:0
Qol: M.Fernandes, 89.