Dünya futbolu
Portuqaliya, Fransa və Türkiyədən darmadağın
AÇ-2020-nin seçmə qrup mərhələsində 6-cı tura yeku…
AÇ-2020-nin seçmə qrup mərhələsində 6-cı tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə azarkeşlər A, B və H qrupları üzrə ümumilikdə 7 qarşılaşmaya şahidlik ediblər.
Diqqət çəkən qarşılaşmalardan biri A qrupunda olub. İtkisiz irəliləyən İngiltərə sürpriz nəticələrə imza atan Kosovonu sınağa çəkib. Bütövlükdə 8 qolun qeydə alındığı qarşılaşma britaniyalıların qələbəsiylə yekunlaşıb.
Türkiyə millisi isə Moldovaya səfər edib. "Ay-ulduzlular" 3 xalı 4 cavabsız qolla əldə ediblər. Qrupun digər oyununda Fransa doğma meydanda Andorranı darmadağın edib. Albaniya – İslandiya matçında isə meydan sahibləri üstün olublar.
B qrupunda Serbiya səfərdə Lüksemburqu, Portuqaliya isə Litvanı məğlubiyyətə uğradıb.
AÇ-2020-nin seçmə mərhələsi
10 sentyabr
A qrupu
Monteneqro – Çexiya 0:3
Qol: Suçek, 54. Masopust, 58. Darida, 90+5-pen.
İngiltərə – Kosovo 5:3
Qol: Sterlinq, 8. H.Keyn, 19. Voyvoda, 38-öz qapısına. Sanço, 4; 45+1 – Berişa, 1; 49. Muriqi, 55-pen.
B qrupu
Lüksemburq – Serbiya 1:3
Qol: Turpel, 66 – Mitroviç, 36; 78. Radonyiç, 55.
Litva – Portuqaliya 1:5
Qol: Andriuskeviçyus, 28 – Ronaldo, 7-pen; 65; 76. Setkus, 62-öz qapısına. Karvalyo, 90+2.
H qrupu
Moldova – Türkiyə 0:4
Qol: C.Tosun, 37; 80. D.Türüç, 58. Y.Yazıçı, 88.
Fransa – Andorra 3:0
Qol: Koman, 18. Lanqle, 52. Ben Yedder, 90+1.
Albaniya – İslandiya 4:2
Qol: Dermaku, 32. Husay, 52. Roşi, 78. Çikalleşi, 83 – Siqurdsson, 47. Siqtorsson, 58.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı