Dünya futbolu
Eddi İsrafilov: “Özümü yorğun görürdüm”
"Debütüm uğurlu alındı. Çünki qələbə …
"Debütüm uğurlu alındı. Çünki qələbə qazandıq. Uzun müddət idi oynamırdım və bu üzdən özümü yorğun görürdüm. Zədədən sonra özümü hazır hiss etdim. Çempionat hələ uzun marafondu".
Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov deyib.
Yay fasiləsində "Alkorkon"dan "Albasete"yə transfer olunan 27 yaşlı oyunçu yeni klubunun rəsmi saytına açıqlama verib. O, Sequndanın IV turunda "Deportivo" ilə səfər matçındakı debütünü dəyərləndirib.
Komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 64-cü dəqiqəsində meydana daxil olan Eddi cari mövsümün onlar üçün uğurlu keçəcəyinə inanır: "Önəmli olan qələbədi. La Liqa2 çox çətin çempionatdı. Komanda mənə xoş hisslər verir. Burda yaxşı qarşılandım. Əminəm ki, bu mövsüm bizim üçün uğurlu olacaq".
İsrafilov həftəsonu "Tenerife"yə qarşı keçiriləcək ev oyunu barədə də danışıb: "Tenerife" ilə görüş çətin olacaq. Çünki onlar topu saxlamağı sevirlər. İllərdi Sequndadayam, bu komandanı yaxşı tanıyıram. Topa sahib olsaq, qələbə qazana bilərik. Mən də özümü yaxşı hiss edirəm. Baş məşqçi şans verərsə, oynamağa hazıram". (matc.az)
Qeyd edək ki, "Albasete" – "Tenerife" matçı sentyabrın 14-də keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı