Ölkə futbolu
“Səbail” Avroliqanın 10 debütantı sırasında
2018/19 mövsümündə 10 fərqli ölkənin komandalar…
2018/19 mövsümündə 10 fərqli ölkənin komandaları UEFA Avropa Liqasına vəsiqə qazanıb.
Futbolinfo.az UEFA-nın rəsmi hesabatına istinadən xəbər verir ki, bunların arasında Azərbaycan təmsilçisi "Səbail" də yer alıb.
"10-luğ"a "Yeni Malatyaspor" (Türkiyə), “Vitebsk” (Belarus), “Jalgiris” (Kaunas, Litva), “RFS Riqa” (Latviya), "Sperantsa" (Moldova), "Akademiya Pandev" (Şimali Makedoniya), "Legiya" (Polşa), "Arsenal" (Tula, Rusiya) və "Mura" (Sloveniya) da düşüb.
Çempionlar Liqasında isə bu mövsüm debüt edənlərin sayı 7-yə bərabərdir. Bunlar “Saburtalo” (Gürcüstan), "Atalanta" (İtaliya), "Feronikeli" (Kosovo), "Riqa" (Latviya), "Pyast" (Polşa), "Krasnodar" (Rusiya) və "Ararat (Ermənistan) komandalarıdı.
Qeyd edək ki, "Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sına hər iki oyunda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı