Dünya futbolu
Terimin cəzasına endirim
Türkiyə çempionu “Qalatasaray”ın baş məşq…
Türkiyə çempionu “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin 4 oyunluq diskvalifikasiyaya məruz qaldığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşdıqları “Kayserispor”la oyundan sonrakı açıqlamalarına görə cəzalanmışdı.
Bu gün “Qalatasaray”ın şikayəti əsasında Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi həmin məsələyə yenidən baxıb. Qurum təcrübəli mütəxəssisin cəzasını 3 oyuna endirib. Terim həmin açıqlamalarla əlaqədar 19 min yox, 13 min TL cərimə ödəyəcək.
“Qalatasaray”ın baş məşqçisi qarşıdakı turlarda “Kasımpaşa”, “Malatyaspor” və “Fənərbaxça” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı