Premyer-liqa
“Qarabağ”la “Neftçi” də bacarmadı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü…
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
Öncə iki paytaxt klubu “Keşlə” və “Səbail” üz-üzə gəlib. Eyni göstəricilərə malik komandaların duelini 6 xallıq oyun da adlandırmaq olardı. Üç qolun qeydə alındığı bu qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.
Turun qapanış, həm də mərkəzi oyununda isə son ölkə çempionu “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Ağdam klubu ardıcıl 4-cü qələbəsini bayram etməyi hədəfləmişdisə, paytaxt təmsilçisi də ən azı uduzmamaq fikrində idi. Amma Azərbaycan derbisindən meydan sahibləri inamlı qələbəyə seviniblər.
Xatırladaq ki, ilk oyun günündə “Sumqayıt” “Zirə”yə (1:2), “Sabah” isə “Qəbələ”yə (0:1) uduzmuşdu.
Azərbaycan Premyer Liqası
4-cü tur
15 sentyabr
“Keşlə” – “Səbail” 1:2
Qol: L.Frutos, 54 – M.Abbasov, 18; 31-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Bakı. 8-ci km stadionu, 18:00.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 11. Ruslan Qurbanov, 14. Emin Mehtiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.
Səbail: 85. Kamal Bayramov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
“Qarabağ” – “Neftçi” 2:0
Qol: M.Emreli, 31. A.Zubir, 69.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 17. Abdullah Zubir, 3. Aylton Silva, 8. Markos Madera, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 77. Donald Gerye, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 18. Tural Axundov, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 93. Soni Mustivar, 10. Dario Federiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı