Dünya futbolu
Dünya çempionatının püşkü atıldı
Futbol üzrə FİFA klublararası dünya çempionatını…
Futbol üzrə FİFA klublararası dünya çempionatının püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, 2019-cu ilin dekabr ayında Qətərdə keçiriləcək mundialın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində baş tutub.
İlk mərhələdə turnirə ev sahibliyi edəcək ölkənin təmsilçisi “Əl-Sədd” Yeni Kaledoniyadan olan “İanqen”lə üz-üzə gələcək. Bu cütün qalibi ikinci mərhələdə Meksika “Monterrey”i ilə qarşılaşacaq. Tunisin “Esperans” klubu isə Asiya Çempionlar Liqasının noyabrda müəyyənləşəcək qalibi ilə görüşəcək.
Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey”in qarşılaşacağı cütün qalibi üz-üzə gələcək. “Esperans”ın yer aldığı cütün qalibi də KONMEBOL-da qalib olacaq kollektivi sınağa çəkəcək.
Klublararası DÇ dekabrın 11-dən 21-dək keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı