Ölkə futbolu
“Qarabağ” – “Sevilya”: Son məşqlər və mətbuat konfransları
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turu &cc…
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Sevilya” (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, sentyabrın 18-də, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq.
“Qarabağ”ın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı