Ölkə futbolu
“Sumqayıt” “Sabah”la oyun üçün hazırlığa başladı
Premyer Liqanın 4-cü turunda qarşılaşdığı “Zirə&rdq…
Premyer Liqanın 4-cü turunda qarşılaşdığı “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən “Sabah”la oyunun hazırlığına start verib.
Futbolinfo.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə saat 16:30-da "Sumqayıt Arena"nın ehtiyat meydançasında məşqə çıxıb.
Yüngül zədəsi olan Murad Xaçayev və Rail Məlikov fitness zalında çalışıblar. 1.5 saat davam edən məşqdə əvvəlcə müxtəlif fiziki hərəkətlər icra edilib. Daha sonra isə topla çalışmalar və ikitərəfli oyunla günə yekun vurulub. Komandanın növbəti məşqi sabah eyni vaxtda keçiriləcək.
Qeyd edək ki, sentyabrın 21-də "Sumqayıt Arena"da keçiriləcək “Sumqayıt” – “Sabah” qarşılaşmasına saat 17:30-da start veriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı