Dünya futbolu
ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi…
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində bu gün Hollandiyada keçiriləcək “Ayaks” – “Lill” matçı öncəsi Fransa klubunun azarkeşləri iğtişaşlar törədiblər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Hollandiya polisinin yaydığı rəsmi açıqlamada bildilir.
İğtişaşlar nəticəsində 100-dən çox fransalı tərəfdar saxlanılıb. “Lill” fanatları ictimai asayişi pozmaqda, pirotexniki vasitələrdən istifadədə, həmçinin şiddət nümayiş etdirmək günahlandırılır. Polis onların haqqında araşdırmalara start verildiyini də bəyan edib.
Hollandiya mətbuatının yazdığına görə isə, xoşagəlməz olayların çoxu “Yohan Kroyff Arena”nın yaxınlığındakı “Strandvliet” metrostansiyasında qeydə alınıb. Fransalı azarkeşlər relslərin üzərinə çıxdığından metronun işində müəyyən fasilə yaranıb.
“Ayaks” – “Lill” matçı bu gün saat 23:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı