Dünya futbolu
“Liverpul” uduzdu, “Barselona” Dortmunddan 1 xalla döndü
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup m…
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.
Günün əsas diqqətçəkən qarşılaşmalarından biri "Napoli" ilə "Liverpul" arasında keçirilib. ÇL-in sonuncu qalibi Neapoldan məğlubiyyətlə qayıdıb.
Dortmund "Borussiya"sı ilə "Barselona" arasındakı oyuna da böyük maraq vardı. Amma günün yeganə qolsuz bitən qarşılaşmasında tərəflər hərəyə 1 xalla kifayətləniblər.
“Çelsi" isə öz meydanında "Valensiya" ilə münasibətlərinə aydınlıq gətirib. London klubu minimal hesabla məğlub olub.
"İnter" də doğma meydanda "Slaviya"ya məğlubiyyətdən son anda qurtulub.
UEFA Çempionlar Liqası
17 sentyabr
F qrupu
"İnter" (İtaliya) – "Slaviya" (Çexiya) 1:1
Qol: Barelya, 90+2 – Olayinka, 64.
Baş hakim: Ruddi Buke (Fransa)
"Borussiya" (Dortmund, Almaniya) – "Barselona" (İspaniya) 0:0
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
G qrupu
"Olimpik" (Lion, Fransa) – "Zenit" (Rusiya) 1:1
Qol: Depay, 50-pen – S.Azmun, 41.
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Benfika" (Portuqaliya) – "Leypsiq" (Almaniya) 1:1
Qol: Seferoviç, 84 – Verner, 69; 79.
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)
E qrupu
"Zalsburq" (Avstriya) – "Genk" (Belçika) 6:2
Qol: Haland, 2; 34; 45. Çan, 36. Soboslai, 45+2. Ulmer, 62 – Lukumi, 40. Samata, 52.
Baş hakim: Feliks Zvayer (Almaniya)
"Napoli" (İtaliya) – "Liverpul" (İngiltərə) 2:0
Qol: Mertens, 82. Lyorente, 90+2.
Baş hakim: Feliks Brix (Almaniya)
H qrupu
"Ayaks" (Hollandiya) – "Lill" (Fransa) 3:0
Qol: Promes, 18. Alvares, 50. Talyafiko, 62.
Baş hakim: Srdan Yovanoviç (Serbiya)
"Çelsi" (İngiltərə) – "Valensiya" (İspaniya) 0:1
Qol: Rodriqo, 74.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı