Dünya futbolu
“Onu “Neftçi”yə uduzanda qovmadılarsa…”
Tula "Arsenal"ının baş məşqçisi İqor Çer…
Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenkonun istefası gündəmə gəlib.
Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın Rusiya Premyer Liqasında ardıcıl məğlubiyyətləri olub.
Son dörd matçın 3-də "Rubin", MOİK və "Zenit"ə yenilən komanda turnir cədvəlində də 7-ci pilləyə yuvarlanıb. Rusiya futbol ictimaiyyəti Çerevçenkonun istefaya göndərilə biləcəyini müzakirə edib.
"Sovetski Sport" qəzeti isə bunun baş verməyəcəyini proqnozlaşdırıb. Həmkarlarımız bunu "Arsenal"ın Avropa Liqasında "Neftçi"yə məğlub olduğu zaman Çerevçenkonun postunda saxlanılması ilə əlaqələndirib: "Arsenal" Avropa Liqasında debütü zamanı "Neftçi"yə hər iki oyunda uduzanda Çerevçenko istefaya göndərilmədisə, indi bunu etməyə heç bir əsas yoxdu".
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" "Arsenal"a Tulada 1:0, Bakıda isə 3:0 hesabı ilə qalib gəlmişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı