Dünya futbolu
Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”
“Sevilya”nın idman direktoru Ramon Monçi Avropa Li…
“Sevilya”nın idman direktoru Ramon Monçi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisinin saytına danışan Monçi, oyunla bağlı bunları deyib:
“Roma”da olarkən Bakıda 2:1 hesablı qələbə qazanmışdıq. Romadakı matçda isə 1:0 hesabı qeydə alınmışdı. “Qarabağ” hər iki görüşdə bizə əziyyət verdi. Tanınmayan bir liqada ola bilərlər, amma futbolçularını təhlil etsəz, sizə həyatı necə çətinləşdirdiklərini görərsiz. Əlbəttə, “Sevilya” daha üstündür, amma bu heç nə demək deyil.
Böyük klublar arxayınlaşdıqda və kiçik komandalar yaxşı motivasiya olunduqda güclər bərabərləşir. Arxayınlaşmamağa, son oyunlardakı “performans”ı davam etdirməyə ümid edirik”.
Bu gün keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı