Premyer-liqa
Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsind?…
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Səbail"lə 1:1 hesablı bərabərliyə razılaşan "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis bunları deyib:
– Oyunun ağır keçəcəyini bilirdik. “Səbail” yerli futbolçulardan təşkil olunmuş yaxşı komandadı. Düşünürəm ki, komandanı oyuna yaxşı hazırlamışdıq.
– Sizcə, “Qəbələ”nin tam gücü bu idi, ya bundan da yaxşı çıxış edə bilərsiz?
– Biz epizodları düşünməməliyik. Gənc komandayla heç kimdən çəkinmirik. Futbol bir yerdə dayanmır, hər zaman inkişaf etməlidi. Zəif cəhətlərimiz bilirik, bir qədər vaxt lazımdı. Zədəli futbolçularımız da komandaya qoşulduqdan sonra daha yaxşı çıxış edəcəyimizi düşünürəm.
– Komandanın hazırlığı iki hissədə də təzyiq göstərməyə imkan vermir, ya bu, sizin tapşırığınız idi ki, ikinci hissə təzyiq etməsin?
– Bizim belə tapşırığımız yox idi. Rəqib məcbur etdi ki, biz ikinci hissədə daha çox müdafiə olunaq.
– Oyunun gedişində hakimlərə müəyyən etirazlarını oldu. Oyunun hakimliyin necə qiymətləndirirsiz?
– Futbolda emosiyalar olur. Hakimliyi yaxşı qiymətləndirirəm. Düşünürəm ki, Əliyar Ağayev oyunu ideal idarə etdi. (komanda.az)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı