Dünya futbolu
“Monako” yenə qələbəyə həsrət qaldı
Futbol üzrə Fransa çempionatında 6-cı turun oyunları k…
Futbol üzrə Fransa çempionatında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
Bu mövsüm 5 turdan sonra qələbə qazana bilməyən “Monako” səfərdə “Reyms”in qonağı olub. “Knyazlıq klubu” bu turda da məğlub olsaydı, baş məşqçi Leonardo Jardimin istefaya göndəriləcəyi gözlənilirdi. Amma bu görüşdə qapılara qol vurulmayıb.
Marsel “Olimpik”i doğma meydanda “Monpelye” ilə heç-heçəyə razılaşıb. Dörd qolun qeydə alındığı “Bordo” – “Brest” görüşündə də qalib müəyyənləşməyib.
“Nitsa” “Dijon”u, “Nim” “Tuluza”nı məğlub yola salıb. “Mets” isə evdə “Amyen”ə məğlub olub.
Fransa Liqa 1
6-cı tur
20 sentyabr
Strasburq – Nant 2:1
Qol: Linard, 66. Ayorke, 89-pen – Kulibali, 28.
21 sentyabr
Olimpik (Marsel) – Monpelye 1:1
Qol: Jerman, 74 – Sarr, 17-öz qapısına.
Bordo – Brest 2:2
Qol: Briand, 6. Pablo, 69 – Qrandsir, 20. Autret, 45+1.
Mets – Amyen 1:2
Qol: Diallo, 68 – Jirassi, 39. Dibassi, 54.
Nitsa – Dijon 2:1
Qol: Dolberq, 29. Atal, 47 – Tavares, 22.
Nim – Tuluza 1:0
Qol: Filippoto, 39.
Reyms – Monako 0:0
22 sentyabr
17:00 Renn – Lill
19:00 Anje – Sent-Etyen
23:00 Olimpik (Lion) – PSJ
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı