Dünya futbolu
FİFA ilin ən yaxşı məşqçisini açıqladı
FİFA 2019-cu ilin ən yaxşı məşqçisinin adını aç?…
FİFA 2019-cu ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, mükafatın sahibi İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təşkil olunan tədbirdə elan olunub.
Bu ada “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp layiq görülüb. O, “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino və “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanı arxada qoyub.
Qeyd edək ki, ən yaxşı çalışdırıcı milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşib.
Mükafatlandırma mərasimində ən yaxşı qadın futbol komandası məşqçi də bəlli olub. Bu mükafat ABŞ millisinin çalışdırıcısı Jil Ellisə təqdim olunub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı