Dünya futbolu
Rusiyaya şok cəza verilə bilər
Rusiya milli komandası futbol üzrə 2022-ci il dünya &ccedi…
Rusiya milli komandası futbol üzrə 2022-ci il dünya çempionatından uzaqlaşdırıla bilər.
Futbolinfo.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb Rusiya Antidopinq Agentliyinin (RUSADA) fəaliyyətində nöqsanların aşkarlanmasıdır. Məlumata görə, Ümumdünya Antidopinq Agentliyi (WADA) bu yaxınlarda RUSADA-nın Moskva dopinq nümunələri laboratoriyasının məlumat bazasında uyğunsuzluqlar aşkarlayıb. Rusiya tərəfinə üç həftə müddətində bu uyğunsuzluqla əlaqədar izahat hazırlayıb WADA-ya təqdim etmək təklif olunub.
“Bizdə fakt var ki, məlumat bazasından bir sıra məlumatlar pozulub” – deyə WADA nümayəndəsi Conatan Teylor “BBC Sport”a bildirib.
Əgər Rusiya qurumun üzlüyündən kənarlaşdırılsa, cəza WADA qaydalarına uyğun olaraq, bütün idman növlərinə, o cümlədən Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatına da şamil olunacaq və komandalar həmin yarışa buraxılmayacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı