Dünya futbolu
Ufuk Budakın komandası penaltilərlə növbəti mərhələdə
Futbol üzrə Türkiyə Kubokunda 3-cü təsnifat mərhəl…
Futbol üzrə Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Altınordu” klubu da bu turnirdə ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “1922 Konyaspor”la üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 0:0. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. Penalti zərbələrini isə “Altınordu” futbolçuları daha dəqiq yerinə yetirib – 4:2.
Ufuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı