Ölkə futbolu
“Sabah” Ümit Özatla danışıqlara başladı – Türkiyə mətbuatının iddiası
“Sabah”ın baş məşqçi postuna gətirmək istədi…
“Sabah”ın baş məşqçi postuna gətirmək istədiyi əcnəbi mütəxəssisin kimliyi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi türkiyəli Ümit Özatla danışıqlar aparır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “NTV Spor”un iddiasına görə, “Sabah” rəsmiləri son olaraq “Adana Dəmirspor”u çalışdıran Ümit Özatla görüşmək üçün İstanbula yollanıb.
Özat məşqçilik karyerası ərzində “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor”, “Mersin İdmanyurdu”, “Gənclərbirliyi” və “Girəsunspor”u da çalışdırıb.
“Sabah” 5 turdan sonra 2 heç-heçə, 3 məğlubiyyətin ardından 8 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Elşad Əhmədovun istefasından sonra “Sumqayıt”la oyuna Rövşən Babayevin rəhbərliyi altında çıxan sözügedən komanda müvəqqəti olaraq İqor Ponomaryova tapşırılıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı