Dünya futbolu
“Atletiko” şikayət etdi, “Barselona” cərimələndi
İspaniya Futbol Federasiyası “Barselona” klubunu cəzala…
İspaniya Futbol Federasiyası “Barselona” klubunu cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, federasiya mart ayında Antuan Qrizmannla danışıqlara başlayan Kataloniya klubunu 300 avro məbləğində cərimələyib. Qurum həmin vaxt “Atletiko”nun şərəfini qoruyan futbolçu ilə aparılan danışıqların qeyri-qanuni olduğunu bildirərək, bu qərarı verib.
Bir müddət əvvəl Qrizmannın “Barselona”da oynamasına qadağa qoyulacağı deyilirdi.
“Atletiko” fransalı futbolçunun “Barselona”ya keçidindən sonra bu transferdə qayda pozuntusunun olduğunu iddia edərək, qarşı tərəfi məhkəməyə vermişdi. İddiaya görə, “Barselona” hücumçu ilə mart ayında razılığa gəldiyi üçün Madrid klubuna 120 milyon deyil, 200 milyon avro ödəməlidir. Qrizmannın qiyməti iyunun 30-dan 200 milyon avrodan 120 milyon avroya düşmüşdü.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı