Dünya futbolu
Futbolçu komanda yoldaşının 70 min avroluq saatını oğurladı
Fransanın “Nitsa” klubunun futbolçusu Lamin Diabi …
Fransanın “Nitsa” klubunun futbolçusu Lamin Diabi komanda yoldaşı Kasper Dolberqin saatını oğurlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bir müddət əvvəl hücumçu Dolberqin dəyəri 70 min avro olan saatı stadionun paltardəyişmə otağından oğurlanmışdı. Saatın oğurlanmasında yeganə şübhəli isə komandanın digər hücumçusu Diabi idi.
Hadisə sentyabrın 16-da komandanın məşqi vaxtı baş verib. Diabi bu gün bazaya gəlib, Dolberq və baş məşqçi Patrik Vieyradan üzr istəyib.
Klub daha öncə intizamsız davranışına görə 18 yaşlı hücumçu ilə müqaviləni pozmaq üçün işə başlamışdı. Bu hadisədən sonra onun komandadan qovulacağı istisna olunmur.
Diabi 13 yaşından “Nitsa” klubundadı. O, bu mövsüm əsas komanda ilə heç bir oyunda iştirak etməyib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı