Premyer-liqa
“Komandada sıçrayış var” – “Sabah”ın məşqçisi
Azərbaycan Premyer Liqasında 6-cı turun “Sabah” –…
Azərbaycan Premyer Liqasında 6-cı turun “Sabah” – “Səbail” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:
– Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsunlar ki, 3 xal qazandıq.
– Hücum xəttində vəziyyət necədi?
– Ötən oyunda hücumçularımız zəif çıxış etmişdi. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.
– Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub…
– Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.
– İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı “Sabah”la hallanır. Sizcə, Ponomaryov qalmalıdı, yoxsa…
– Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdı.
– Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?
– 3 xal çox vacib idi.
– Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi…
– Məlumatım yoxdu.
– “Sabah”ın qollarının heç birini hücumçular vurmadı…
– Futbol komanda oyunudu.
– Bəs amplualar üzrə bölünmə niyədi?
– Sadəcə, bu gün fikirləşdiklərimiz alındı. (matc.az)