Premyer-liqa
Samir Abasov: “Aqressiyada rəqibə uduzduq”
“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan…
“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
– Oyunun ilk dəqiqələrdən aqressiv keçəcəyi bəlli oldu. Həmin o aqressiyada, top uğrunda mübarizə aparmaq baxımından rəqibə uduzduq. Oyunun əvvəlində mübarizənin bu cür olacağı bilindi. Nəticə göz qarşısındadı, xal itirdik. Düzü, söz tapmıram. Sadəcə, rəqibi təbrik edirəm. Deyiləcək başqa bir söz yoxdu.
– Günahı kimdə görürsüz?
– Günahkar axtarmayacağıq. Bu problemləri aradan qaldırmaq lazımdı. Sırf futbolçular və digər şəxslər deyə ayırmaq istəmirəm.
– "Qarabağ"a qarşı 5 müdafiəçi ilə oynamaq başa düşüləndi, bəs bu gün bunun səbəbi nədi?
– Hər oyunda sistem dəyişmək düzgün deyil. Oyun ərzində dəyişiklik ola bilər. Heç kim zəmanət vermirdi ki, biz 4 müdafiəçi ilə oynasaydıq, hücumda çoxala bilərdik, qələbə qazanardıq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı