Milli komanda
Bəhreynin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Futbol üzrə Bəhreyn yığmasının Azərbaycan milli komandası…
Futbol üzrə Bəhreyn yığmasının Azərbaycan milli komandası ilə keçirəcəyi yoldaşlıq matçı və altı gün sonra DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İranla oyun üçün heyəti açıqlanıb.
Futbolinfo.az Bəhreyn Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçisi Helio Souza qarşıdakı oyunlara 30 oyunçu çağırıb.
Qapıçılar: Hamad Əl-Dosari ("Əl Halah"), Seyid Məhəmməd Cəfər ("Muharraq"), Seyid Şubbar Alavi ("Riffa"), Mahbub Yəhya ("Budaiya");
Müdafiəçilər: Səyid Məhəmməd Adnan, Ahmed Bughammar, Raşed Əl-Houti (hamısı "Əl-Hidd”), Valid Əl-Hayam, ("Muharraq"), Əhməd Abdulla, Əli Madan (hər ikisi "Nacma"), Seyid Baqer ("Riffa"), Abdullah Əl-Haza ("East Riffa"), Əhməd Nabil, Məhəmməd Adel, (hər ikisi "Manama");
Yarımmüdafiəçilər: Məhəmməd Abdulvahab, Abdulvahab Əl-Malod, (hər ikisi "Əl-Hidd”), Məhəmməd Əl-Hardan ("Muharraq"), Seyid Redha İsa ("Riffa"), Kamil Əl-Asvad ("Riffa"), Əhməd Musa, İssa Əli Cihad, İsa Musa (hamısı "Manama"), Səyid Ziya ("Əl-Nəsr", Küveyt");
Hücumçular: Yassim Əl-Şeyx, Mehdi Humaydan ("Əl-Əhli"), İsmayıl Abdullətif ("Muharraq), Əli Haram ("Riffa"), Sami Əl-Husayni ("East Riffa"), Məhəmməd Əl-Rumayhi ("East Riffa"), Abdulla Yusif ("Slaviya", Praqa Çexiya).
Qeyd edək ki, oktyabrın 9-da Bəhreyn Milli Stadionunda keçiriləcək Bəhreyn – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv oktyabrın 13-də AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla qarşılaşacaq. Bəhreyn isə oktyabrın 15-də İranı qəbul edəcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı