Ölkə futbolu
“Düdelanj” – “Qarabağ” oyununda təxribat – Oyun yarımçıq dayandırıldı!
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasın?…
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburq “Düdelanj”ına qarşı keçirdiyi səfər matçında qalmaqal yaşanıb.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində Miçelin rəqib qapısından 2-ci qolu keçirməsindən sonra stadionun üzərində qondarma dağlıq qarabağ respublikasının bayrağı asılmış dron uçmağa başlayıb. Bu isə Rəşad Sadıqov başda olmaqla Ağdam klubunun futbolçuları tərəfindən sərt etirazla qarşılanıb. Onlar hakimə etirazlarını bildiriblər. Qarşılaşmanın baş hakimi isə vəziyyətin ciddiliyini nəzərə alaraq futbolçuları paltardəyişmə otağına göndərib. Bu zaman azarkeşlərdən də meydan daxil olmağa çalışanlar olub. Nəticədə qarşılaşmada artıq 10 dəqiqədən çoxdu davam edən fasilə yaranıb. Oyunun davam etdirilib-etdirilməyəcəyi bilinmir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO