Ölkə futbolu
Təxribatçı erməni qrupu axtarışda: oğurluq da ediblər
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən "Düdelanj" – "Qarabağ" oyununda təxribata əl atan ermənilər müəyyənləşib.
Futbolinfo.az saytının Lüksemburq mətbuatına istinadən məlumatına görə, bunu "ultraqrup birinci Ermənistan cəbhəsi" boynuna alıb.
Onlar feysbuk səhifələri vasitəsilə Belçikada yaşayan Spartak adlı qrup üzvünün başçılığı altında bu addıma əl atdıqlarını yazıblar. Maraqlıdı ki, həmin qrup bununla kifayətlənməyib. İddiaya görə, onlar matçın gedişində "Jozi Bartel" stadionunun qarşısındakı park qarajında bir neçə nəqliyyat vasitəsinə zərər vurub, bir neçəsini də oğurlayıblar. Yerli polis hazırda quldur dəstənin axtarışındadı.
Qeyd edək ki, dünənki qarşılaşmanın 31-ci dəqiqəsində "Qarabağ"ın vurduğu ikinci qoldan sonra separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilib. Azarkeşlərimiz və futbolçularımızın buna sərt etirazı olub və görüş təxminən 20 dəqiqə dayandırılıb. Oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…