Ölkə futbolu
Riçard Almeyda: “Bu, bizə qarşı təhqirdi”
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard…
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Düdelanj”la matçda baş verən erməni təxribatı haqda fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, hadisəni şərh edən millimizin üzvü "Qarabağ"a qarşı təxribatın təkrarlandığını qeyd edib:
“Hər kəs bu münaqişə haqqında bilir. Neçənci dəfədi ki, belə hallar təkrarlanır. Bu, bizə qarşı təhqirdi. Hakim bizə dron enənə qədər paltardəyişmə otağından çıxmamağı dedi. Biz dronu topla vurmaq istəsək də, alınmadı. “Arsenal”la matçda da bənzər hadisə yaşanmışdı. Onda bir nəfər meydana qaçmışdı, indi də dron. Bu yolverilməz haldı”.
Xatırladaq ki. "Qarabağ"ın 4:1 hesabı ilə qalib gədliyi oyunda erməni təxribatına görə 20 dəqiqədən çox fasilə yaranıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi