Milli komanda
Almaniya – Azərbaycan matçının hakimləri açıqlandı
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avr…
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, millimiz qrupdakı ikinci sınağında Almaniya yığması ilə üz-üzə gələcək.
“Cidade Desportiva do SC Braga” stadionunda keçiriləcək və saat 17:00-da start götürəcək qarşılaşmanı idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Sabina Boliç (Xorvatiya)
Baş hakimin köməkçiləri: Martina Neralic (Xorvatiya), Andreia Sousa (Portuqaliya)
Dördüncü hakim: Teresa Alice Pimenta Oliveira (Portuqaliya)
Xatırladaq ki, yığmamız qrupdakı ilk oyununda Portuqaliyaya 0:6 hesabıyla uduzub.