Dünya futbolu
Şeydayev baş məşqçisiz qaldı
Rusiyanın “Dinamo” (Moskva) klubunun baş məşqçi…
Rusiyanın “Dinamo” (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov istefa verib.
Futbolinfo.az xəbər verir ki, o, Premyer Liqanın 12-ci turu çərçivəsində bu gün keçirilən “Orenburq”la oyundan sonra postundan ayrılmağa qərar verdiyini söyləyib.
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Artıq klub rəhbərliyi Xoxlovun istefasını qəbul edib.
Qeyd edək ki, “Dinamo” “Orenburq”la oyunda 0:2 hesabıyla uduzub. Ümumiyyətlə, 12 oyuna cəmi 10 xal toplamış Moskva klubu hazırda 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
“Dinamo”da Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev də çıxış edir.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə