Ölkə futbolu
Millimiz yenə darmadağın olacaq?
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığmas…
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, milli komanda Albaniya yığması ilə qarşılaşacaq. “Cidade Desportiva do SC Braga” stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.
Azərbaycan millisi turnir çərçivəsində keçirdiyi ilk iki oyunda Portuqaliya və Almaniya yığmalarına eyni – 0:6 hesabıyla uduzub.
AÇ-nin seçmə mərhələsi
8 oktyabr
14:00 Albaniya – Azərbaycan
Baş hakim: Yoanna Allayiotou (Kipr)
Baş hakimin köməkçiləri: Dora Mriante (Kipr), Andreia Sousa (Portuqaliya)
Dördüncü hakim: Teresa Alis Pimenta Oliveira (Portuqaliya)