Premyer-liqa
Bəhlul Mustafazadənin cəzası məlum oldu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sumqayıt” – “Keşlə” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.
“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində “Sabah”ın futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.