Dünya futbolu
“Qarabağ”ın rəqibində yeni müqavilə
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan A…
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan APOEL klubu futbolçusu Nikolas Yoannu ilə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, Kipr təsmilçisi 23 yaşlı müdafiəçinin sözləşməsinin müddətini 2023-cü ilin yayına qədər uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2014-cü ildən APOEL-də forma geyinən Yoannunun əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.
“Qarabağ” APOEL-lə oktyabrın 24-də, Bakıda qarşılaşacaq.