Milli komanda
Azərbaycan yığması tarixində ilk dəfə
Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirir….
Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirir.
Futbolinfo.az xəbər verir ki, yığma Bəhreyndə bu ölkənin millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayır. Nikola Yurçeviçin komandası oyuna yeni kapitanla başlayıb. Əsas kapitan Maksim Medvedevin yoxluğunda millimizi sarğı ilə matça Bədavi Hüseynov çıxarıb.
“Qarabağ”ın şərəfini qoruyan milliləşən rusiyalı futbolçu Azərbaycan millisinin tarixinə düşüb. O, yığmanın 27 illik tarixində ilk legioner kapitan olub. Bunadək onlarla əcnəbi milliləşdirilsə də, heç biri matça sarğı ilə başlamayıb.
Hüseynov yığmanı meydana kapitan kimi çıxaran 27-ci futbolçudu. Onadək 26 oyunçu qarşılaşmaya sarğı ilə başlayıb. Mütləq rekordçu Rəşad Sadıqovdu – 78 oyun. (APA)