Milli komanda
Millimizin hücumçusu 6 ildən sonra qol vurdu
Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşo…
Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov növbəti qolunu vurub.
Futbolinfo.az xəbər verir ki, hücumçu Bəhreynlə yoldaşlıq oyununda hesabı bərabərləşdirib.
Bu, Almaniya futbolunun yetirməsi olan milliləşən legionerin yığmadakı 5-ci qolu olub. R.Dadaşov bu topu 24-cü matçında vurub.
O, komandanın tarixinin bombardirləri siyahısında 8-14-cü yerlərə şərik olub. Forvard 5 qola malik 7-ci oyunçudur. O, bu göstəricidə Nazim Süleymanov, Rəşad Sadıqov, Vyaçeslav Lıçkin, Əfran İsmayılov, Fərrux İsmayılov və Vidadi Rzayevə çatıb.
R.Dadaşov fasilələrlə çağırıldığı yığmada son qolunu 6 il əvvəl – 2013-cü il oktyabrın 11-də vurub. O, 2189 gün əvvəl Şimali İrlandiya ilə DÇ-2014-ün Bakıdakı seçmə oyununda (2:0) fərqlənib (APA).