Bizi izləyin

Müsahibə

Samir Abasov: “Qədrimi bilmirsiniz”

"Zirə"nin baş məşqçisi postundan ayrılan Samir A…

blank

"Zirə"nin baş məşqçisi postundan ayrılan Samir Abasov matc.az saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Yəqin ki, soyuq başla "Zirə"dən ayrılmağınızı təhlil etmisiniz. Gedişat bu istefanın reallaşacağını göstərirdimi?
– Düzü, hansı gedişatdan danışmalı olduğumu bilmirəm. Rəhbərliklə oturub hərtərəfli söhbət etdik. Hər iki tərəfin bir məqsədi var idi: komandanın uğurlu çıxış etməsi. Görüş zamanı da belə qənaətə gəlindi ki, vəziyyət yaxşılığa doğru getmir və yolları ayırmağımız məsləhət oldu. Rəhbərliyin hədəfi Avropa Liqasına vəsiqə qazanmaqdı. Onlar mənimlə bu perspektivi görmədiklərindən, belə qərar qəbul olundu. Mən də onları başa düşdüm və qarşılıqlı razılıqla yollarımızı ayırdıq.

– Belə çıxır ki, rəhbərlik sizin komandanı Avropa Liqasına çıxaracağınıza inanmırdı?
– Bəli, belə görünür.

– Ancaq nəzərə alaq ki, ilk dövrədən sonra 2-ci pillədəki komandadan cəmi 3 xal geri idiniz. Axı burda elə böyük fərq də yoxdu…
– Sizinlə razıyam. Ümumiyyətlə, "Qarabağ" və "Neftçi"ni bu yarışdan kənar qoymaq lazımdı. Bu iki komanda heyətindəki zənginlik baxımından digərlərini üstələyir. Bu, reallıqdı. Onların hər mövqeyində alternativli oyunçular var. "Qarabağ"da, "Neftçi"də bu cəm şəklindədisə, digər komandalarda 1-2 o səviyyədə futbolçu ola bilər. Digər komandaların həm səviyyəsi eynidi, həm də aralarında ciddi xal fərqi yoxdu. Heç kim deyə bilməz ki, mayda turnir cədvəlində vəziyyət necə olacaq. Avropa Liqasına kimlərin yollanacağını yalnız Allah bilir. Sadəcə, "Zirə"nin rəhbəri çempionatda 2-3 nəfərdən biridi ki, öz cibinin pulunu verir. Bu baxımdan onu başa düşmək olar. Komandanın Avropa Liqasına yollanmasını istəyir. Klubun yaşaması, davam etməsi üçün xərclənən pulların bəhrəsi olmalıdı. Sadəcə, bu perspektivi mənimlə görmədiklərini izah etdilər, onları başa düşdüm.

– Mövsümün əvvəlində "Qarabağ" və "Neftçi"dən sonra "Sabah"la "Zirə" avrokuboklara əsas namizəd göstərilirdi. Sizcə, ilk dövrədə bundan yaxşı nəticə göstərmək mümkün idimi?
– "Sabah"ın ikinci pillədəki komanda ilə cəmi 6 xal fərqi var. Kim deyə bilər ki, mayda vəziyyət necə olacaq? Əvvəllər qış fasiləsinə gedəndə ikinci yerdə gedən komanda digərlərindən 12-13 xal öndə olardı. Belədə düşünə bilərsən ki, çatmaq çətin olar. Buna baxmayaraq, "Sumqayıt"da olarkən fərqi 3 xala qədər endirmişdik. Amma indi hamı bir-birinə çox yaxındı. Bir qələbə turnir cədvəlində səni ən azı 1 pillə irəli atır. Bəlkə də, komandanın qeyri-stabil oyun göstərməsi bu ayrılığa səbəb oldu.

– İlk turlardan heyətlə bağlı ciddi problemləriniz oldu. Zədəlilərin sayı bu qədər çox olmasaydı, "Zirə" rəhbərliyinin sizinlə bu görüşü keçirməsinə ehtiyac qalacaqdımı?
– Bu məsələlərin hamısını yaxınlarımızla təhlil etmişik. "Sabah"la oyunu nümunə göstərim. İkinci hissədə hücumameylli iki futbolçunu meydana buraxdım, başladıq təkqapıya oynamağa. Qol vurduq, nə qədər şansı qaçırdıq. İki mərkəz müdafiəçimizin ağır zədə alması, Mfo Kqasvanenin Botsvana millisində əzələsinin qopması önümüzü kəsdi. Heç cür rotasiya etmək, gücləndirmək imkanımız olmadı. Əlbəttə ki, bu zədəlilər səbəb oldu. Ancaq indi bunu bəhanə gətirmək istəməzdim.

– Ən baxımlı və maraqlı futbol sərgiləyən komandalardan biri də məhz "Zirə" idi. Oyunlarda kifayət qədər qol şanslarını əldən verdiniz. Düşünmürsünüz ki, bəxtsizlik də sizə problem yaratdı?
– Tam razıyam. Əksər oyunları çox yaxşı keçirdik. Sadəcə, sonradan stabilliyi qoruya bilmədik. Çünki eyni heyətlə heç cür davam edə bilmirdik. Hər matça fərqli "11-lik"lə çıxmaq məcburiyyətində qalmışdıq. Amma yenə də baxımlı futbol göstərməyə çalışırdıq. Etiraf edim ki, son oyunlar baş məşqçi kimi, məni də tam qane etmirdi. Ancaq bu qədər zədəlilərimiz olmasaydı, hər şey tam fərqli alınardı. "Keşlə" ilə matçın ilk 15-20 dəqiqəsini üstün keçirdiyimiz bir vaxtda Skarlatake zədələndi.  Bütün bu amillərin təsiri az olmadı.

– Əcnəbi məşqçilər istefaya göndərildiyi zaman təzminat tələb edirlər. Yerlilər niyə quru halallıqla kifayətlənirlər?
– Rəhbərliklə təzminat söhbəti, ümumiyyətlə, olmadı. Mənə şans verdikləri üçün onlara təşəkkür etdim. Təzminat söhbətini dilimə gətirə bilmərəm. Hesab edirəm ki, mənim durumumda təzminat tələb etmək haqsızlıq olardı. Başqa yerdə, bəlkə də, edərdim. Amma indiki məqamda yersiz olardı.

– Özünüzü o qədər uğursuz sayırsız ki, təzminat tələb etməyə üzünüz gəlməyib?
– İndiki məqamda turnir cədvəlinə baxanda kimə uğurlu, kimə uğursuz deyə bilərsiniz? Sadəcə, mən özümə təzminat istəməyi rəva bilmədim.

– Ayrılığınızdan dərhal sonra "Sumqayıt", "Sabah" və "Qəbələ" variantı ortaya atıldı…
– Sonra mənim qədrimi bilmirsiniz. "Zirə"dən ayrılan kimi, adım 3 klubla birgə çəkildi. Ötən il "Sumqayıt"dan gedəndə komanda sayı 4 idi. Elə bil bir az zəifləmişəm, 3-ə düşüb (gülür). Üzərimdə bir az işləməliyəm. Zarafat bir yana, bu mənim üçün xoş haldı. "Sumqayıt" haqda indi düşünmürəm. Amma demirəm ki, "Sumqayıt"a ömür boyu getmərəm. Sadəcə, indi "Sumqayıt"la bağlı planım yoxdu. Daha iddialı komandada işləmək istəyirəm.

– "Qəbələ"ni həmin iddialılar sırasında görürsünüz?
– Bəli, "Qəbələ" iddialı klubdu. Yaxşı oyunçuları var və eşitdiyim qədərilə yenə yığırlar. Amma belə bir söhbət yox idi. Onların artıq yeni baş məşqçisi var, işləri yolunda gedir.

– "Sabah" hazırda baş məşqçisizdi. Bu klubdan təklif alsanız, cavabınız nə olar?
– İnanın ki, hələ heç bir klubdan dəvət almamışam. Təbii ki, bir təklif olarsa, işləmək istəyərəm. Çünki tempdən düşmək istəmirəm.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm