Dünya futbolu
Kökçü London “Arsenal”ının hədəfində
“Feyenoord”un futbolçusu Orkun Kökç&uum…
“Feyenoord”un futbolçusu Orkun Kökçü İngiltərənin “Arsenal” klubunun diqqət mərkəzinə düşüb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, “Feyenoord”un Orkunu 20 milyon funt-sterlinq qarşılığında “Arsenal”a satmaq istədiyi bildirilib.
18 yaşlı yarımmüdafiəçi ilə daha əvvəl “Çelsi”, “Tottenhem”, “Beşiktaş” və “Fənərbaxça” da maraqlanırdı. Orkun bu mövsüm “Feyenoord” forması ilə 13 oyunda iştirak edərək, 2 qol vurub.
Orkun Kökçü, “Sabah”ın və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü olan Ozan Can Kökçünün qardaşıdı.