Bizi izləyin

Ölkə futbolu

Obradoviçin nağılı

Milan Obradoviç deyir ki, düzələsi çox şey var. …

blank
Milan Obradoviç deyir ki, düzələsi çox şey var. Həqiqətdi, amma mənim həqiqətim daha gözəldi. Bəli, çox şey düzəlməlidi: Azərbaycan futbolunun idarəçiliyində, AFFA binasının daxilində, onlara dözənlərin beynində, milli komandalarda, uşaq futbolunda…
 
AFFA rəhbərliyinə, prezident səlahiyyətlərinə malik baş katib Elxan Məmmədova, İcraiyyə Komitəsi üzvlərinə, Məşqçilər Komitəsinin məsləhət verən üzvlərinə sualımdı: məğlubiyyətləri sıralamaq üçün mütləq əcnəbi məşqçi gətirmək lazım idi? 400 min avronu serb Obradoviçə yedirdəndə ləzzətmi alırsız? Kimdi, nə edib ki, onu milliyə baş məçqçi gətirmisiz? Ümumiyyətlə, bu futbolçu potensialı ilə bizə əcnəbi məşqçi lazımdımı?
 
Beləsindən özümüzdə onlarladı, hələ daha yaxşıları var. Elə Məşqçilər Komitəsində aylıq min manat maaşa papağını günə yandıranlar özü serbdən daha faydalı olardı. Ölkədə 50-dən çox PRO kateqoriyalı məşqçi həsrətlə iş gözləyir, biz isə onların ehtiyaclarını toplam ödəyəcək bir məbləği yarıtmaz serbə veririk. İş görsə, dərd yarı idi, adam aktyorluq edir.
 
Hazırkı U-21 son dövrlərdə bu yaş qrupundakı ən yaxşı kollektivdi, istedadlı futbolçular var, əksəriyyəti klublarında əsas heyət üzvüdü. Amma Obradoviçə nəyi sübut edəcəksən? Müqaviləsini bağlayıb, AFFA-nı sağmaqla məşğuldu. Bir söz deyən kimi hakimin 2 səhv qərarıyla yendiyimiz Slovakiyanı misal gətirir. AFFA-da da Lixtenşteyn rəzalətini, 5 tura 4 məğlubiyyəti onun gözünə soxa biləcək cəsarətdə kimsə yoxdu. Bəlkə də var, amma özləri gözükölgəlidi…
 
Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə məğlub olduqları oyundan sonra Milan yenə cəfəngiyyat danışıb: “Planlaşdırdığımız kimi oynadıq. Amma təbii ki, hər şeyi meydanda reallaşdıra bilmədik. Nəticədən narazıyam. Komanda inkişaf istiqamətində bir addım atdı. Bütövlükdə oyunu yaxşı keçirdik. İsveçrəyə istədiyi kimi oynamağa imkan vermədik. Komandanı daha da inkişaf etdirmək üçün çox çalışmalıyıq”.
 
Rəqibə imkan verməməyin təpənizə dəysin. Necə imkan verməmisən ki, qol vurub, qələbə qazanıblar? İnkişaf deyib, nəyi nəzərdə tutur, görəsən? Əvvəlki oyunlarla müqayisədə daha az top vurmağımızı? “Qərarı mən verirəm” deyib, xoruzlanmaq da lazım deyil, xoruz Fransada elə “xoruzlar” tərəfindən qoltuğa verilib.
 
Obradoviçin inkişaf haqda açıqlamasına baxaq: “Oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq. Son iki oyunda topa sahib olma ya rəqiblə bərabər olub, ya da üstün olmuşuq. Rəqibi daha irəlidə qarşılayırıq. Futbolçularla ünsiyyətdə olmağa çalışmışıq və onlara həqiqətən futbol oynamağı bacara biləcəklərini demişik. Son iki məğlubiyyətdən sonra narazı olmalı olduqlarını demişik. Artıq detallar haqda danışmağa başlamışıq. Düzələsi çox şey var, həm müdafiədə, həm də hücumda. Və oyun ərzində daha çox əlaqədə olmaqda”.
 
Deyəsən, Berti Foqts, Bernard Lippert haqda eşidib, onlara ölkəmizdə necə qayğı göstərildiyini, heç bir iş görmədən uzunmüddətli müqaviləylə təmin edilmələrini Obradoviçə də çatdırıblar. Bu adam hələ futbolçuları qapıdan uzaqlaşdırır, növbəti 3-4 oyunu mərkəzə çatmağa həsr edər, sonra da tsiklin sonunda hücum barədə düşünər. Həmin vaxt yeni komanda qurmaq lazım gələcək və Milan da yeni komandanı qurmaq üçün yenə sıfırdan başlayacaq. Beləcə illər ötəcək, əcnəbilər pulunu qazanacaq, gedəndə də heç nəyin alınmadığını deyəcəklər.
 
AFFA rəhbərliyi başlarını ciblərindən çıxarmağa vaxt tapmadığından anlamaya bilər, amma daha yuxarı dairələr ölkədəki futbol siyasətinə əl gəzdirməlidi. Bizdə milli komandalara əcnəbi məşqçi lazım deyil, əvvəlcə futbolçu yetişdirməliyik. Futbolçunu isə millidə yetişdirmirlər. Klublara, cəmiyyətlərə, akademiyalara təcrübəli məşqçilər gətirilməli, həm futbolçu, həm də yerli məşqçi kadrların yetişdirilməsinə çalışmaq lazımdı. Yalnız sistem qurulduqdan, material hazırlandıqdan sonra millinin nəticələrini yaxşılaşdırmaq haqda düşünə bilərik. İndi Obradoviçə və digər əcnəbilərə verilən pullar havaya sovrulur. Quyuya su tökməklə quyu olmaz. Və ya “üstü bəzək, altı təzək”lə özümüzü aldadacağıq.
 
Dünən Lixyenşteynə, bu gün İsveçrəyə uduzuruq, əsas olan SABAHın özünü uduzmamaqdı! Obradoviçin dediyi kimi – düzələsi çox şey var. Amma “düzəltməyə” elə serbin özündən başlamaq lazımdı.
 
AĞA
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm