Bizi izləyin

Müsahibə

“Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

Tovuzun "Turan" klubunun sabiq icraci direktoru ve AFFA İcr…

blank

Tovuzun "Turan" klubunun sabiq icraci direktoru ve AFFA İcraiyyə Komitesinin keçmiş üzvü Yaşar Sultanov Sportinfo.az-a müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– Yaşar müəllim, xeyli vaxtdır futboldan kənardasız. Nə işlə məşğul olursuz?
– Əvvəlcə onu deyim ki, zəng vurmağınız çox xoş oldu. Neçə vaxtdır, axtarıb-arayan yox idi. Sağ olun ki, hərdən zəng vurursuz. Hələ ki, istirahətdəyəm. Bir-iki günə öz işimə qayıdacam. Futbolla bağlı heç bir işlə məşğul deyiləm. Başqa sahədir.

– Futbolumuz kənardan necə görünür?
– Kənarda olsam da, izləyirəm. Açığı, sıxıntılar, ürək ağrısı çoxdur. İstər əsas milli, istərsə də digər yaş qrupları üzrə yığmaların oyununda kəskin eniş var. Etiraf edək ki, vəziyyət ürəkaçan deyil. Macarıstanla oyuna baxdım. Halal qolumuzu saymadılar, bu, öz yerində. Amma oyun keyfiyyəti çox aşağı səviyyədədir. İstədiyimiz oyunu görmürük. Favorit olduğumuz matç yoxdur.

– Sizcə, bu eniş, sadaladığınız problemlər nə ilə bağlıdır?
– Səbəblər çoxdur. Ən birinci məsələ odur ki, bu gün Azərbaycanda aktiv fəaliyyətdə olan 40 futbolçu var. Cəmi 8 komandamız var, onların da əksəriyyətində legionerlər oynayır. 40-50 aktiv futbolçunun 25-i əsas milliyə çağırılır. Belə çıxır ki, yığmaya düşməmək düşməkdən daha çətindir. Ölkədə rəqabət yoxdur. Gürcüstan və Ermənistanın 2 milyon əhaləsi var, çempionatlarında 10 komanda çıxış edir. Biz isə qürurla deyirik ki, 10 milyonuq, amma Premyer Liqada 8 komandamız var. Bunların da cəmi biri bölgə klubudur. Belə futbol olar?

– Yəni, deyirsiz ki, başlıca məsələ futbolçu qıtlığıdır…
– Sürücü olmaq üçün maşın, çapar olmaq üçün at lazımdır. Bunlar olmadan nə sürücü, nə də çapar olmaq mümkündür. Ölkənin 66 kənd-rayonunun 12-15-də futbol oynamağa yararlı stadion ola, ya olmaya. Müxtəlif ölkələrə səyahət edirik. Orada stadionsuz yaşayış məntəqəsi yoxdur. Hər kəndin özünün stadionu olmalı olduğu halda, bizim rayonların stadionu yoxdur. Futbolçu harada yetişsin? Əksər ölkələrdə kifayət qədər bələdiyyə stadionları var. Bizdə belə stadionlar tanıyırsızmı? Yoxdur! Torpaq bu gün çox bahalı kapitaldır. Balaca bir stadion tikmək üçün ən azı 150 sot torpaq sahəsi lazımdır. 150 sot torpağın satış qiyməti neçəyədir? Aydın məsələdir ki, onlar bu puldan keçməzlər ki, gəlin burada stadion tikin. Bu, dövlət proqramına salınmalıdır. AFFA ciddi şəkildə əyalətlərlə əlaqə saxlamalı, görüşlər olmalıdır. Federasiya rəsmiləri Sürixə, Nyona səfərlərinin yarısını Azərbaycanın bölgələrinə etsələr, futbolun inkişafı ikiqat artar. Yerli icra orqanları ilə görüşlər keçirmək, onların qarşısında məsələ qaldırmaq lazımdır. Uşaq gənclər idman məktəbi demək olar, ölü vəziyyətdədir.

– 2-3 il öncə də komanda sayı az idi, amma milli ən azından mübarizə aparır, normal futbol sərgiləyirdi…
– Bilirsiz, 20 il bundan qabaq çempionatda 18-dən az komanda olmurdu. Hətta bir ara 24 komanda çıxış edirdi. Həmin dövrün yetirmələrinin son akkordları idi. Ölkədə cəmi 50 futbolçu varsa, rəqabət yoxdursa, heç bir inkişaf gözləməyin. Bunun müqabilində, aşağı keyfiyyətli futbolçular olduğu halda, yüksək mükafatlar verilir.

– Söz düşmüşkən, bu gün AFFA heç-heçəyə görə mükafat verir. Buna necə baxırsız?
– Bu barədə eşitmişəm. Amma inanmıram ki, futbolçular turnir cədvəlinə baxıb, əllərini həmin pula uzatsınlar. 1 xalla turnir cədvəlinin son pilləsindəsən, bu qədər qol buraxmısan. Utanmaq əvəzinə, məbləğindən asılı olmayaraq, o mükafatı necə götürürsən? Hesab edirəm ki, mükafat seçmə mərhələyə görə verilməlidir. Belə şey olar? Bütün oyunları uduz, birində şansın gətirsin, 1 xal qazan və bu qədər mükafat al. Guya həmin xal nəyi dəyişəcək ki? Belə olanda futbolçunun xarici klublarda oynamağa da marağı olmaz. Yeri rahatdır, pulu-parası vaxtında verilir. Gürcülərin məqsədi isə bizdən fərqli olaraq, klubları yox, millini inkişaf etdirməkdir. Futbolçu yetişdirib, satmaq istəyirlər.

– Bayaq dediz ki, futbolu bölgələrə yaymaq, əyalətlərdə meydançalar salmaq lazımdır və bütün bunları AFFA etməlidir. Bəs niyə etmirlər?
– Hər şey çox aşkardır. Bunu etmək elə çətin bir şey deyil. Mən demirəm ki, bunlar ölkə futbolunun inkişafında maraqlı deyillər, yaxud da qərəzli mövqe tuturlar. Sadəcə, bu addımları atmaq lazımdır. Niyə etmədiklərini isə deyə bilmərəm. Çox elementar məsələlərdir. İnandırım sizi, əksər rayonlarımızda nəinki stadion, heç top da yoxdur. Belə vəziyyətdə futbol necə olsun? Biz o vaxt futbolda inkişafı görəcəyik ki. hər kənddə uşaq butslarının izi görünsün. Hər məhəllədə meydança olmalıdır. Bu yaxınlarda eşitdim, Ermənistan Futbol Federasiyası ilə Nazirlər Kabinetinin birgə razılaşdırılmış qərarı qəbul olunub ki, ölkə ərazisində 1 il ərzində, xüsusilə əyalətlərdə, ümumilikdə 500 meydança salınsın. 2 milyon əhalisi olan ölkədə 500 meydança salınırsa, bizdə bunun sayı 2500 olmalıdır. Hansısa əyalətdən keçəndə gözüm ilk növbədə meydança axtarır. Ancaq meydançadan başqa, hər şey var: kafe, restoran, şadlıq evi, kababxana. Bunu ürəkağrısı ilə deyirəm, təəssüflər olsun ki, futbolumuz tənəzzülə gedir.

– Belə çıxır ki, 3-5 ildən sonra bizə futbolda "cırtdan" ölkə kimi baxacaqlar?
– Özünüz fikirləşin. Yaxşı heç nə olmayacaq. Bu gün bizdə 6 legionerin olması çoxmu vacibdir? Onları neyləyirəm axı? Futbolçu yetişdirmək əvəzinə, komandanın 50 faizini əcnəbi futbolçulardan qururam, legioner oynadıram. Bu gün bir milyon xərc çəkdik, gəldilər oynadılar, çempionatı başa vurduq. Gələn il əlimizi-əlimizə vurub, deyəcəyik ki, gəlin, bir də başlayacaq. Ortaya nə çıxdı? Heç nə. Uduzmaqdan qorxmaq lazım deyil. Əminsən ki, qısa müddətdə yerli futbolçu yetişdirəcəksən. Həmin pulu bir gəncə xərcləsəydik, o məbləğə hər hansı kənddə meydança salsaydıq, daha çox xeyir götürərdik.

– Legioner futbolçulardan danışdız. Bəs milliyə əcnəbi mütəxəssisin başçılıq etməsinə necə baxırsız?
– Gəlin, Əsgər Abdullayev, Şahin Diniyev və Ağasəlim Mircavadovun nəticələrini götürək, müqayisə aparaq. Onda hər şey ortaya çıxacaq. Millinin nə böyük tarixi var ki? Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar. Öz işləridir. nə etmək olar? Kiminsə pulunu saymaq bizə yaraşmaz. Amma bunları etmək olar.

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm