Dünya futbolu
“El klasiko” təxirə salındı
Kataloniyada baş verən hadisələr “Barselona” – “…
Kataloniyada baş verən hadisələr “Barselona” – “Real” görüşünün vaxtına təsir edib.
Futbolinfo.az xəbər verir ki, İspaniya Futbol Federasiyası oyunu təxirə salıb. Hələlik rəsmi açıqlama olmasa da, İspaniya mətbuatı bunun tezliklə bəyan olunacağını iddia edir.
La Liqanın X turuna təsadüf edən "El Klasiko"nun vaxtı oktyabrın 26-dan dekabrın 18-nə keçirilib. Ancaq oyunun başlama saatı hələlik müəyyənləşməyib. Kataloniyadakı siyasi etiraz "Barselona"nın həftəsonu "Eybar"la matça səfər proqramında da dəyişiklik edib.
Qeyd edək ki, "Real" hazırda La Liqaya başçılıq edirsə, onun ən yaxın izləyicisi məhz "Barselona"dı.