Dünya futbolu
APOEL-dən “Qarabağ”la oyuna havayı bilet
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ke&…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – APOEL oyununda qonaq komandanın azarkeşləri də iştirak edəcək.
Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi bununla bağlı elan yayıb.
Bildirilir ki, TRAVELNETCY Səyahət Agentliyi ilə Bakıya səfər edəcək azarkeşlərə şirkət tərəfindən havayı biletlər paylanacaq. Bundan başqa, bu səfər azarkeşlərin "Sadiqlik üzvü" kartına 125 xal qazandıracaq.
Qeyd edək ki, "Qarabağ" – APOEL matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.