Dünya futbolu
“Bavariya” yenə xal itirdi, lider uduzdu
Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları ke&cc…
Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
“Bavariya” bu turda səfərdə “Auqsburq”la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşmada Münhen təmsilçisi növbəti xal itkisi ilə üzləşib.
“Leyptsiq” isə “Volfsburq”u qəbul edib. Çətin səfərdən xalla dönən volfsburqlular zirvəyə şərik olublar.
Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı ilə Münhenqladbax “Borussiya”sı üz-üzə gəlib. Lider olan münhenqladbaxlılar Dortmunddan məğlubiyyətlə qayıdıblar.
Almaniya Bundesliqası
8-ci tur
18 oktyabr
Ayntraxt – Bayer 3:0
Qol: Pasiensiya, 4; 17-pen. Dost, 80.
19 oktyabr
Auqsburq – Bavariya 2:2
Qol: Rixter, 1. Finnboqason, 90+1 – Levandovski, 14. Qnabri, 49.
Fortuna – Maynts 1:0
Qol: Henninqs, 82.
Leyptsiq – Volfsburq 1:1
Qol: Verner, 54 – Veqorst, 82.
Yunion – Frayburq 2:0
Qol: Bulter, 1. İnqvartsen, 84.
Verder – Herta 1:1
Qol: Sargent, 7 – Lukebakio, 70.
Borussiya (Dortmund) – Borussiya (Münhenqladbax) 1:0
Qol: M.Roys, 58.
20 oktyabr
17:30 Köln – Paderborn
20:00 Hoffenhaym – Şalke
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə