Dünya futbolu
Nəbiyevli “Slaviya”dan səfərdə inamlı qələbə
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi…
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində səfərdə “Ştexovitse” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.
“Slaviya”nın U-21 komandası 11 turdan sonra 21 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.