Ölkə futbolu
Yanğına görə: UEFA-dan Sumqayıta qadağa
UEFA U-21 yığmamığın növbəti ev matçının yerinin d…
UEFA U-21 yığmamığın növbəti ev matçının yerinin dəyişdirilməsini tələb edir. Noyabrın 14-də seçmə mərhələsi çərçivəsində Lixtenşteyni Sumqayıtda qəbul etməli olan gənclərimizə qadağa qoyulub.
Futbolinfo.az xəbər verir ki, ötən həftə İsveçrə U-21-i ilə matçda baş verən olaylar belə qərara səbəb olub. Matç zamanı “KapitalBank Arena”da yanğın şıxması oyunun komissarının diqqətindən qaçmayıb. Qitə futbol qurumu da onun raporta əsasən, “Gənclik şəhəri”ndə matç keçirilməsini məqsədəuyğun bilmirlər. AFFA-nın təşkilatçılqdakı qüsurları Sumqayıtı milli səviyyəli oyunsuz qoyacaq.
Bu səbəbdən Lixtenşteynlə oyunun yenidən Bakıdakı stadionların birində keçiriləcəyi gözlənilir. AFFA hələ yekun qərar verməyib.