Ölkə futbolu
Qəbələdə dava düşdü, futbolçumuz APOEL-lini şapalaqladı
UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması …
UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan “Qəbələ” – APOEL görüşündən sonra qarşıdurma yaşanıb.
Futbolinfo.az xəbər verir ki, final fiti səsləndikdən sonra qələbəni çılğınlıqla bayram edən qonaq komandanın futbolçuları və rəsmiləri ilə “qırmızı-qaralar”ın bir neçə oyunçusu arasında dava düşüb.
Yalnız meydana “Qəbələ” akademiyasının rəhbər şəxsləri daxil olduqdan sonra aranı sakitləşdirmək mümkün olub.
Hadisələri yaxından izləyən görüşün baş hakimi “Qəbələ”nin futbolçusu Veysəl Rzayevə birbaşa qırmızı vərəqə göstərib. Buna azərbaycanlı futbolçunun rəqib düşərgədən kiminsə başına şapalaq vurması səbəb olub.
Qeyd edək ki, ilk oyunda səfərdə APOEL-lə 1:1 hesablı bərabərliyə nail olan “Qəbələ” doğma “divarlar arası”nda 0:1 yenilərək turnirdəki iştirakını başa vurub. (sport24.az)
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə