Dünya futbolu
Libertadores kubokunun finalçıları bəlli oldu
Libertadores kubokunda yarımfinal mərhələsinə yekun vurulub. …
Libertadores kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, "Flamenqo" ilə "Qremio" yarımfinalda üz-üzə gəlib.
İlk görüşdə 1:1 hesablı bərabərliyə imza atan Braziliya təmsilçilərinin cavab qarşılaşması "Marakana"da baş tutub. İlk hissənin sonlarında hesabı açan "Flamenqo" fasilədən sonra rəqib qapısından daha 4 cavabsız top keçirib – 5:0.
Bununla "Flamenqo" finalda "River Pleyt"ə rəqib olub. Argentina klubu yarımfinalda bu ölkənin digər təmsilçisi "Boka Xuniors"u üstələyib.
Final matçı noyabrın 24-də Buenos Ayresdə keçiriləcək.